Dağlıq Qarabağdakı separatçı rejim də kitaba salınıb VİDEO


Digərləri 09 Yan 2018 21:14:00 304 0

Dağlıq Qarabağdakı separatçı rejim də kitaba salınıb  VİDEO

Qondarma "Dağlıq Qarabağ Respublikası" Rusiyanın Sankt Peterburq şəhərində 2015-ci ildə çap edilən "Dünya ölkələri" ensiklopediyasına daxil edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 3 min tirajla buraxılmış nəşr bir çox saytda da yayımlanıb. Bu, erməniyönümlü ensiklopediyada Xankəndi əhalisinin 53 min nəfərdən çox olduğu göstərilib. Guya Qondarma "Dağlıq Qarabağ Respublikası" da isə 146 mindən çox əhali yaşayır. Əlbəttə ki, burada Qarabağın tarixi barədə informasiyalar digər bütün məlumatlar kimi erməni sepatarçılarının təhrif etdiyi şəkildə verilib. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirir ki, bu, Rusiyada yaşayan erməni lobbisinin işidir. Lakin Rusiyanın bu cür məsələyə ciddi yanaşmaması təəssüf doğurur. Yaqub Mahmudov deyir ki, saxtakarlığa yol verilmiş bu cür ensiklopediyalar və kitablar tez- tez nəşr olunur. Bunlara tutarlı cavab vermək üçün institut tərəfindən Azərbaycan tarixinin son 200 ildə tərif olunan hissələri yenidən yazılır və müxtəlif dillərə tərcümə edilərək çap olunur. Tarixin müəyyən dövrünün yenidən yazılması və tərcüməsi indi də davam etdirilir.