Doğuş zamanı əkiz körpələr öldü


Digərləri 09 Yan 2018 21:02:00 292 0

Doğuş zamanı əkiz körpələr öldü

Lənkəranda yeni dünyaya gələn körpələr ölüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mərkəzi rayon xəstəxanasının doğum şöbəsinə yerləşdirilən Masallı rayon sakini Alidə Məmmədova vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib. Əkiz körpələr doğuşdan bir qədər sonra ölüb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya yüksək təzyiqlə daxil olub. Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara Perinatal Mərkəzdə hər cür yardım edilib, ancaq onlar həm yarımçıq olduqlarından, həm də ana bətnində infeksiyaya yoluxduqlarından yaşamayıblar. Uşaqların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.