İnsanların qəzəblənmədiyi şəhər


Digərləri 09 Yan 2018 21:05:00 259 0

İnsanların qəzəblənmədiyi şəhər

Mexiko şəhərində iki şeyi görmək mümkün deyil: adam içində qəzəblənmək və kiminsə gözünün içinə baxaraq danışmaq.

Mexiko şəhərində yaşadığım müddətin 6-cı ayında ictimaiyyət arasında qəzəblənən bir adam gördüm. Və o, meksikalı deyildi, Megan Frye yazır.

İş günü yenicə bitmişdi və seçdiyim qəhvəxananın piştaxtasının qarşısında uzun növbə var idi. Birdən bir kişi kassirə qarşı səsini ucaltdı.

"Siz, lap adamı soyursunuz!" o, Meksikaya xas olmayan bir ləhcə ilə ispanca qışqırdı.

Dərhal ətrafa baxdı və ucadan izah etdi ki, kassirə 500 peso verib və o da cəmi 200 peso qalıq qaytarıb.

Gənc kassir qorxu içində idi və adamlar baxışlarını ya ayaqlarına, ya da piştaxtadakı şirniyyatlara yönəltdilər.

Çətin ki, ictimaiyyət arasında sinirlərinə hakim olmayan bir meksikalı görəsən

"İnana bilmirəm!" Kişi artıq bağırırdı. Artıq onun qəzəb və hiddəti qəhvəxanadakı hər kəsə ünvanlanmışdı.

"Bu ki cinayətdir!"

Heç kim onun tərəfini tutmadı. Hamı onun səsinin tonundan təəccüb içində idi.

Nəhayət, kassir çevrilib, arxadakı otağa yollandı. Kişi qəzəblə qəhvəxananı tərk etməmişdən qabaq daha bir neçə dəqiqə deyindi.

O gözdən itdikdən sonra, kassir geri qayıtdı, növbəti müştəriyə gülümsədi və normal şəkildə sifarişləri götürməyə davam etdi.

Həmin kişinin haradan olduğunu bilməsəm də, aydın idi ki, o, Mexiko şəhərindən deyil. Heç meksikalı da deyil.

Çətin ki, ictimaiyyət arasında sinirlərinə hakim olmayan bir meksikalı görəsən. Bəlkə həddən artıq tekila içən bir nəfər qarşına çıxsa, hə, ola bilər.

Çünki

Uşaq yaşlarından meksikalılara özünü itirməmək, sinirlərinə hakim olmaq öyrədilir. Meksikalıların dillər əzbəri bir deyimi olan 'El que sen enoja pierde', 'Qəzəblənən uduzar' mənasına gəlir.

"Bizə, istənilən halda sakit qala bilmək öyrədilir," Mexiko şəhərinə cənub şəhəri Sonoradan köçən Eleazar Silvestre deyir.

Bu anlayış isə Latın Amerikasının ən müasir və kosmopolit şəhərlərindən biri hesab olunan Mexiko da daxil olmaqla, ölkənin mərkəzi hissələrinə xüsusi şəkildə hakimdir.

"Heç bir halda insanlara qarşı qəzəbli olmamalısan," Silvestre söyləyir.

Meksikalıların dillər əzbəri bir deyimi olan 'El que sen enoja pierde', 'Qəzəblənən uduzar' mənasına gəlir

Mexiko şəhərinin mədəni normalarına süni belə olsa, nəzakət daxildir. Mən olduğum bənzəri ölçülü heç bir şəhərdə bu dərəcədə mədənilik görməmişəm.

Bu qaynayan meqapolis boyunca gündəlik 25 milyon insanın var-gəl etdiyini nəzərə alsaq, gərginlik mütləqdir. Fəqət buradakı xaos və hərəkətlilik xoş davranışlar (xüsusilə də yadlar arasındakı rutin salamlaşma və vidalaşma) və son dərəcə yüksək səbirliliklə idarə olunur.

Məsələn, 'Pasama la sal, por favor' (zəhmət olmasa, duzu ötürün) kimi sadə bir xahiş, Mexiko şəhərində bu cür ifadə olunur: 'Podrias pasarme la sal si eres tan amable' (Əgər zəhmət deyilsə, duzu mənə ötürə bilərsinizmi). Ardınca da Que amable. Muchas gracias (Çox xeyirxahsınız. Minnətdaram) gəlir.

Nitqin bu təvazökar forması, ölkənin yerli əhalisi azteklərdən (onların müasir nəsli nahualardır) qalmadır. 1519-cu ildə Hernan Cortes və müstəmləkəçi komandası ərazini işğal etdikdən sonra, bu adət ispan ənənələri ilə qarışıb.

Ölkənin şimalı başqa tərzdə inkişaf etsə də, mərkəzi və cənubu 300 il sürən ispan hakimiyyəti və onu əvəzləyən 100 illik Meksika diktatorluğu altında tamamilə fərqli məcrada formalaşıb.

Nitqin bu təvazökar forması, ölkənin yerli əhalisi azteklərdən qalmadır

"Dolayı ünsiyyət tərzi özünəinamın az olmasından qaynaqlanır," Meksika Milli Müstəqil Universitetindən (MMMU) antropologiya professoru Patricia Gallardo Arias deyir.

"Meksika üçün buna səbəb işğalı və siyasi iqlimidir."