Satışa təzə kartof çıxarılıb VİDEO


Digərləri 09 Yan 2018 21:06:00 246 0

Satışa təzə kartof çıxarılıb  VİDEO

Bazarlarda satışa təzə kartoflar çıxarılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yeni kartof bazarlara yazda çıxarıldığı halda, bazarlarda bu mənzərə indi, qışda yaşanır. Paytaxt bazarlarında təzə yetişdirilən kartof satışa çıxarılıb. Satıcıların sözlərinə görə, bu vaxtlar təzə kartof nadir hallarda olur. İndiki təzə kartoflar əsasən Şəmkirdən gətirilir. Bu kartoflar sentyabr-oktyabr aylarında əkilir və istixana şəraitində yetişdirilir. Kartofun maya dəyərinin aşağı olması üçün istixanalarda işıq və qazdan istifadə olunmur. Məhsul ikiqat termo sellofanlarda yetişdirilir. Məhz bu səbəbdən kartofun qiyməti 1 manat 50 qəpik, 2 manat arasında dəyişir. Satıcıların sözlərinə görə, havaların isti keçməsi, xüsusilə gecə saatlarında şaxta olmaması kartofu indi satışa çıxarmağa imkan verir. Üstəlik, bir neçə ay əvvəl çıxarılan kartoflarla təzə kartoflar arasındakı dad fərqi də hiss olunur. Satıcılar bildirirlər ki, hazırda termo sellofan şəraitində yenə kartof yetişdirilir. Bu kartoflar may ayında satışa çıxarılacaq və məhsulun qiymətinin münasib olacağı gözlənilir.