Böyük Britaniyada qocaman qorilla öldü


Digərləri 09 Yan 2018 20:50:00 291 0

Böyük Britaniyada qocaman qorilla öldü

Böyük Britaniyada Lonqlit safari-parkında qocaman qorilla ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, Niko adlı qorilla 56 yaşında yatarkən yuxuda ölüb.

Qeyd olunur ki, 1980-ci ildə safari-parka gətirilmiş Niko gölün ortasındakı adada ayrıca evdə yaşayırmiş. Bildirilir ki, qorillanın evində televizoru da olub.