Aşıq musiqisi ilə bağlı yeni layihəyə start verilir


Digərləri 09 Yan 2018 20:53:00 227 0

Aşıq musiqisi ilə bağlı yeni layihəyə start verilir

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni layihəyə start verilir.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni layihəyə start verilir. Trend-in məlumatına görə, layihədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqisi səslənəcək. Layihə çərçivəsində keçirilən tədbirlər aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr keçiriləcəkdir. Qeyd edək ki, bu layihədən əvvəl Beynəlxalq Muğam Mərkəzi 16 may – 27 dekabr tarixləri müddətində daha bir “Muğam axşamları” layihəsini muğamsevərlərə təqdim etmişdi. İki mərhələyə bölünən “ Muğam axşamları ” layihəsinin birinci mərhələsində “Rast”, ”Şur”, ”Segah”, ”Çahargah”, ”Bayatı-Şiraz”, ”Şüştər”, ”Hümayun” muğamlar, ikinci mərhələsində isə “Mahur-Hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah”, ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” muğamlar ifa olunmuşdu.