Dəməşqin atəşə tutulması nəticəsində 5 nəfər ölüb


Dünya 09 Yan 2018 20:34:08 315 0

Dəməşqin atəşə tutulması nəticəsində 5 nəfər ölüb

Atəş nəticəsində 30-dan çox dinc sakinin yaralandığı bildirilir

Suriyanın paytaxtı Dəməşq şəhərinin atəşə tutulması nəticəsində 5 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, atəş nəticəsində 30-dan çox dinc sakinin yaralandığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Dəməşqin tarixi mərkəzinin - Bab-Tuma məhəlləsinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi.