Həbsdən çıxan müğənnimiz boşandı: "Xanımım övladımı mənə göstərmir"


Şou-biznes 09 Yan 2018 20:34:00 321 0

Həbsdən çıxan müğənnimiz boşandı: "Xanımım övladımı mənə göstərmir"

Yenicə azadlığa çıxan müğənni Emil Rəhmanov 2 yaşlı oğlu Əli Rəhmanovu hələ ki, görə bilməyib. 

Son.az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Rəhman Rəhmanovun oğlu bu barədə ilk dəfə olaraq "APA TV"-nin "Show time" verilişində etiraf edib. E.Rəhmanov bildirib ki, keçmiş həyat yoldaşı ona övladını göstərmir:

"Azadlığa çıxandan sonra övladımı görməmişəm. Çünki buna hələ hazır deyiləm. Mən bir az açıq danışan insanam. Mən boşanmışam. Burada nüanslar var, ona görə də övladımı görə bilmirəm. Allahın köməyi ilə bu yaxınlarda görüşərik. Hər gün hara gedirəmsə, balaca uşaq görürəmsə, öz uşağım yadıma düşür, onu fikirləşirəm, pis oluram. Özüm övladımı görmək istəyirəm, buna can atıram, amma görə bilmirəm".

İfaçı bildirib ki, 2 ildir rəsmən boşanıb: