"Əl-Cəzirə"nin internet portalında Azərbaycan haqqında növbəti yazı dərc olunub


Digərləri 09 Yan 2018 20:11:56 226 0

"Əl-Cəzirə"nin internet portalında Azərbaycan haqqında növbəti yazı dərc olunub

Qətərin məşhur "Əl-Cəzirə" telekanalının ingilis dilindəki internet portalında Azərbaycan haqqında növbəti yazı dərc olunub.

Bakı. Qətərin məşhur "Əl-Cəzirə" telekanalının ingilis dilindəki internet portalında Azərbaycan haqqında növbəti yazı dərc olunub. Trend-in məlumatına görə, “İslamın postsovet Azərbaycanda tədricən canlanması” adlı məqalənin müəllifi hazırda bu tanınmış media orqanında çalışan, azərbaycanlı jurnalist Aysəba Umudludur. Məqalədə Azərbaycanda İslam dininə sitayişin tarixi, islam mədəniyyəti və ölkəmizdəki dini tolerantlıqla bağlı müsbət faktlar sadalanır. Məqalədə Azərbaycanın sevimli muğam ifaçısı Fərqanə Qasımova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevin və ilahiyyatçı ekspert Aqil Şirinovun fikirlərinə geniş yer verilib. Qeyd edək ki, məqalə "Əl Cəzirə" telekanalının ingilis dilindəki internet portalının 10 milyondan artıq izləyicisi olan rəsmi "facebook" səhifəsində də paylaşılıb. Azərbaycana aid paylaşımla bağlı çoxlu sayda izləyici və oxucu müsbət fikirlərini bölüşüb, məqaləyə müsbət rəy verib. Məqaləni tam olaraq təqdim edirik : “Azərbaycanın sevimli muğam ifaçısı Fərqanə Qasımova deyir ki, Sovet İttifaqının süqutu Azərbaycanda din azadlığına geniş şərait yaradıb. Fərqanə Qasımovanın Sovet dövründəki İslam haqqında xatirələri gizli saxlanılması məcbur olan inancdan ibarətdir. Sovetin müşahidə aparatından dinin ibadətin qaydalarını gizlətmək üçün, onun baba və nənəsi gizlicə və diqqətli şəkildə ibadət edər, oruc tutarlarmışlar. “Bizə SSRİ dövründə ibadət etməyə və hicab geyinməyə icazə verilmirdi” deyə o Əlcəzirəyə bildirib.“Sovet İttifaqında Azərbaycan da daxil olmaqla bütün üzv ölkələrdə yalnız ateizm təbliğ olunurdu”- deyən Fərqanə xanım, əlavə də edir ki, İslamın yaradılışı 7-ci əsrə təsadüf etməsinə rəğmən, Sovet dövründə İslam qadağan olunur və insanların dinə münasibəti ciddi şəkildə tənzimlənirdi. Sovet İttifaqının süqutundan və Azərbaycanın müstəqil respublika kimi yenidən formalaşmasından sonra həmin qadağalar kütləvi şəkildə yüngülləşdirilib və İslamın gündəlik həyatda yenidən tətbiqi məsələsi üzə çıxıb. “1991-ci ildəki müstəqillikdən sonra, biz daha çox imkanlar əldə etdik və dini azadlığımızı qazandıq”-deyə, xanım Qasımova bildirir. “İndi mən televiziya kanallarında və konsert zallarında asanlıqla hicab geyinə bilirəm”. Qeyd edək ki, Fərqanə Qasımova, Azərbaycan xalq musiqisinin bir forması olan, muğamın mahir ifaçısıdır və o, ölkənin bu sahədə ən tanınmış ustadlarından biri sayılan, Alim Qasımovun qızıdır. O yekunda bizə bildirdi ki, dini seçimi ilə bağlı öz ölkəsində o, heç bir qadağa ilə üzləşmir.