Azərbaycan fındığı Afrika bazarlarına da çıxacaq


Digərləri 09 Yan 2018 20:10:00 226 0

Azərbaycan fındığı Afrika bazarlarına da çıxacaq

2018-ci ildə Azərbaycan Afrika və ərəb ölkələrinə fındıq ixracına başlamaq niyyətindədir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan fındığının ümumilikdə 30 ölkəyə ixracı planlaşdırılır. Bu, əvvəlki illərlə müqayisədə daha çoxdur. 2016-cı ildə Azərbaycan 25 ölkəyə, 2017-ci ildə isə 27 ölkəyə fındıq ixrac edib: "2017-ci ilin 11 ayı ərzində biz xaricə 800 min tondan çox fındıq ixrac etmişik, dekabrda isə ilkin hesablamalara görə bu rəqəm 8 min tona yaxındır. Daha çox fındıq İtaliya, Rusiya və Almaniyaya ixrac olunur".