Azərbaycanda "Halal" sertifikatını qanuni yolla almış müəssisələr SİYAHI


Digərləri 09 Yan 2018 18:20:00 330 0

Azərbaycanda "Halal" sertifikatını qanuni yolla almış müəssisələr  SİYAHI

"Vətəndaşlarımız "Halal" adı altında aldadılır. Çoxsaylı ölkələrdən "Halal" loqosu ilə Azərbaycana mal idxal olunur və Azərbaycanda olan, dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində "Halal" sertifikatı verirlər".

Son.az foodinfo.az-a istinadla xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

O, Azərbaycanda "Halal" sertifikatını qanuni yolla almış müəssisələrin siyahısını da açıqlayıb.

Beləliklə, "AzeSERT HALAL" Sertifikatlaşdırma Orqanından Halal sertifikatı alan müəssisələrin siyahısı belədir:

(Müəssisənin adı və ünvanı)

1 . "Səhliyalı" kiçik müəssisəsi. Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivi, küçə 18/190

2. Hakan Foods Azərbaycan Trading Co. Ltd MMC. Bakı şəhəri, Babək prospekti, 53a

3 . Qafqaz Konserv Zavodu MMC. Bakı-Xaçmaz şossesi 157-ci km

4. AZ Protein Foods Group MMC. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs. H.Saqib, 60