"Utanıram, narahat oluram..." Yaşar Yusub etiraf etdi VİDEO FOTO


Şou-biznes 09 Yan 2018 17:46:00 359 0

"Utanıram, narahat oluram..."  Yaşar Yusub etiraf etdi  VİDEO  FOTO

"ARB Ulduz"un "Virtual həyat" proqramının növbəti qonağı müğənni Yaşar Yusub olub.

Son.az bildirir ki, müğənni, şəxsi həyatını gün üzünə çıxarmaqdan utandığını dilə gətirib:

"Şəxsi həyatı gündəmə gətirməyi sevmirəm, olmaz. Çünki şəxsi həyat şəxsidir. Düzdür, İnstagram-da bir-iki dəfə övladımın şəklini paylaşdım. Onu da sonra sildim. Ona görə ki, utanıram, narahat oluram".

Efirdən ismarış göndərməyin düzgün olmadığını diqqətə çatdıran sənətçi, bu üsulla gündəm yaradanları da qınaq atəşinə tutdu:

"2008-ci ildə idi ki, mən çıxım sənin haqqında danışım, sən çıx mənim haqqımda danış söhbətləri var idi. Bununla da gündəm yaranırdı. Belə düşüncələrin tərəfdarı deyiləm. Əgər bir insanın sözü varsa, telefonla  sözünü ona çatdıra bilər. Düşünürəm ki, hansısa problem olanda və ya hansısa xoş söz söyləmək ehtiyacı yarananda bunu efirdən sahibinə ünvanlamaq düzgün deyil, aqressiv olmağa gərək yoxdur".


Xəbərə aid foto