"Reklam üçün boşanma xəbərimizi yaydım" Tünzalə yalan danışıb


Şou-biznes 09 Yan 2018 17:34:00 320 0

"Reklam üçün boşanma xəbərimizi yaydım"  Tünzalə yalan danışıb

Əməkdar artist Tünzalə Əliyeva yayılan boşanma xəbəri haqda gözlənilməz açıqlama verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Bizimləsən" verilişində bildirib ki, piar üçün özü haqda yalan xəbər yaydığını eyiraf edib:

"Əslində boşanma xəbərini özümüz yaydıq. Bir veriliş edirdik, piar üçün belə addım atdıq. Həmin hadisədən illər keçdi, ona görə məsələni açıram. Yoldaşımla razılaşdıraraq belə xəbər yaydım. Bir verilişdə müsahibə verdim. Dedim ki, "deyirlər boşanmışam". Montaj edib anonsa "boşanmışam" sözümü saldılar. Bundan da xəbərim var idi, bilirdim belə ediləcək.

Verilişin anonsuna baxdılar, yayıldı. Amma proqram özü baxılmadı, tutmadı. Bu piar bizim əksimizə işlədi.

Veriliş efirə gedəndə rayonda işıq sönmüşdü, heç kim baxa bilməmişdi. Rayonda yoldaşımın qohumları çox pis olmuşdu. Ailə tərəfim rayon camaatıdır.