İtkin düşən alpinistin 2011ci ildə gördüyü yuxu "Görürəm ki, olduqca hündür bir qayanın..."
Digərləri 09 Yan 2018 17:38:00 321 0
Xəbər verildiyi kimi, ötən il dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.
Son.az metbuat.az-a istinadən xəbər verir ki, hazırda axtarışlar bir nəticə verməsə də, durmadan davam edir.
İtkin düşən dağçı Babur Hüseynovun 2011-ci ildə yazdığı bir yazı isə haradasa bu günü xatırladır:
"Gözlərimi yumuram və görürəm ki, olduqca hündür bir qayanın üzərində oturmuşam.
Hava qaranlıqdır. Parlaq ulduzlar sonsuz göylərə səpələnərək ruhumu da uzaqlara çəkib.
Qayanın altında coşqun dəniz var. Çox coşqun və dalğalıdır...
Dalğalar zərblə qayalara çırpılır, daşlar islanır və bu soyuqdan həzz alırmışlar kimi, səssizcə Allaha bu gözəlliyə görə şükürlər edirlər.
Səssizlik məgər ən gözəl dua deyilmi?
Sərin külək əsir və mənim yanımda oturaraq başını dizlərimin üzərinə qoyan sevgilimin saçlarını sığallayır.
Coşqun dəniz, dənizin ətri və dalğaların zərbəsindən azacıq titrəyən qaya, qaranlığın üzünü zinətləndirərək asimanı bəzəyən sehrli ulduzlar, əsən sərin külək, bir az kənarda qalanmış ocağın arabir gələn tüstü ətri...