Polşada xarici işlər və müdafiə nazirləri də istefaya göndərilib


Dünya 09 Yan 2018 17:23:35 260 0

Polşada xarici işlər və müdafiə nazirləri də istefaya göndərilib

Polşa prezidenti Andjey Duda yanvarın 9-da istefaları qəbul edib

Polşanın müdafiə naziri Antoniya Maçereviç və xarici işlər naziri Vitold Vaşikokski istefaya göndərilib.

“Report” “Deutsche Welle”yə isinadən xəbər verir ki, Polşa prezidenti Andjey Duda yanvarın 9-da istefaları qəbul edib.

Polşa Nazirlər Şurasının yeni sədri Mateuş Moravetski xarici işlər, müdafiə nazirləri ilə yanaşı, səhiyyə naziri Konstantiya Razdvilla, rəqəmsal texnologiya naziri Anna Strejinskayanı da istefaya göndərib.

Polşanın yeni müdafiə naziri vəzifəsinə indiyədək Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş Matriuş Blaşak, xarici işlər naziri postuna əvvəllər XİN-də dövlət katibinin müavini işləmiş, sosial elmlər üzrə professor Yatsek Çaputoviç təyin olunub.

Mateuş Moravetski 2017-ci ilin dekabrında baş nazir Beatu Şiudlonu əvəz edib. O, əvvəllər maliyyə və inkişaf naziri, Nazirlər Şurası sədrinin müavini vəzifələrində işləyib. Mateuş Moravetski 5-dən 10-dək naziri istefaya göndərəcəyini vəd edib.