Ötən gün bulvarda intihar edən gəncin meyiti dənizdən çıxarılıb


Digərləri 09 Yan 2018 17:26:00 190 0

Ötən gün bulvarda intihar edən gəncin meyiti dənizdən çıxarılıb

Əməliyyat başa çatmışdır.

Bakı. Ötən gün bulvarda intihar edən gəncin meyiti çıxarılıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batmışdır.