Ekspertlər: 4 amil OPEC+ anlaşmasının bitməsinə səbəb ola bilər


İqtisadiyyat 09 Yan 2018 17:13:55 104 0

Ekspertlər: 4 amil OPEC+ anlaşmasının bitməsinə səbəb ola bilər

Bu ilin II rübünün sonunda qlobal neft bazarının tarazlanacağı proqnozlaşdırılır

OPEC təşkilatının üzv və qeyri-üzv dövlətlər 2018-ci ildə bir sıra problemlərlə üzləşə bilər. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, qlobal neft bazarındakı vəziyyət, tələb və təklifdə yarana biləcək qeyri-müəyyənliklərin daha da kəskinləşməsi mümkündür.

"Bloomberg" agentliyinin analitiki Qrant Smit (Grant Smith) hesab edir ki, 4 amil qlobal neft bazarında dəyişiklik yaradaraq OPEC+ anlaşmasının bitməsinə gətirib çıxara bilər. 

Bunlardan birincisi, İran və Venesuelada geosiyasi səbəblərdən hasilatın azalması amilidir. "RBC Capital Markets"dən Helima Krofta görə, ABŞ Prezidenti Donald Tramp İranda baş verən nümayişlərdən sonra bu ölkə ilə nüvə anlaşmasını yenidən gözdən keçirərək energetika sektoruna sanksiyaları bərpa edə bilər. Venesuelada isə iqtisadi böhran səbəbindən hasilatın azalması mümkündür və nəticədə OPEC+ müqaviləsinə son verilə bilər.

İkici səbəb, OPEC+ anlaşması üzvlərinin kvotalara əməl etməməsi riskidir. Burada ən böyük ehtimal İraqın kvotasını aşaraq hasilatı artırmasının mümkünlüyü göstərilir.

Üçüncü səbəb, neft bazarında tarazlığın əldə olunması və neft qiymətlərinin kifayət qədər yüksəlməsi səbəbindən OPEC+ anlaşmasının vaxtından əvvəl yekunlaşdırılmasıdır. Qeyd edək ki, iyun ayında OPEC+ üzvləri növbəti sammitdə toplanaraq neft bazarındakı vəziyyəti müzakirə edəcək. "Goldman Sachs" bankının proqnozlarına görə, 2018-ci ilin II rübünün sonunda qlobal neft bazarında tarazlıq əldə olunacaq.

Dördüncü səbəb isə neft qiymətlərinin yüksəlməsi fonunda ABŞ-da şist neft hasilatında artımın sürətlənməsidir. OPEC+ üzvləri ABŞ-da hasilatın artacağına şübhə etmir. Lakin bu proses gözləniləndən daha sürətlə baş verərsə, o zaman anlaşma üzvləri bazar paylarını qorumaq üçün OPEC+ anlaşmasını bitirə bilər. 

Manatın sabaha MƏZƏNNƏSİ like
  • 09 Yan 17:08  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Yanvarın 10-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Yanvarın 10-na manatın məzənnəsi like
  • 09 Yan 17:05  
Digərləri Yanvarın 10-na manatın məzənnəsi

Yanvarın 10-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Klubda telefon oğurlayan gənc anbaan kameralara düşdü  VİDEO  FOTO like
  • 09 Yan 17:05  
Digərləri Klubda telefon oğurlayan gənc anbaan kameralara düşdü VİDEO FOTO

Bakıda baş verən oğurluq hadisəsi isə nəzarət kameraları vasitəsi ilə

arrow Ətraflı
Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib like
  • 09 Yan 17:03  
Digərləri Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib

Prezident İlham Əliyev Fərhad Babayevin “Şöhrət” ordeni ilə təltif e

arrow Ətraflı
Xameneyi: Xalqın dinc etiraz hüququ var like
  • 09 Yan 17:00  
Dünya Xameneyi: Xalqın dinc etiraz hüququ var

Xalq öz etirazını dinc şəkildə bildirmək hüququna malikdir, lakin bu aks

arrow Ətraflı
İranda gündə 60 min heyvanın baş-ayağı yeyilir like
  • 09 Yan 16:57  
Digərləri İranda gündə 60 min heyvanın baş-ayağı yeyilir

İranda gün ərzində 60 min iribuynuzlu və xırdabuynuzlu heyvanın baş-aya

arrow Ətraflı
Sabah 10cu sinif şagirdləri imtahan verəcək like
  • 09 Yan 16:56  
Digərləri Sabah 10cu sinif şagirdləri imtahan verəcək

Dövlət İmtahan Mərkəzi sabah Bakı şəhərində ümumtəhsil müəssisəl

arrow Ətraflı
"Goldman Sachs": 2018-ci il dollar üçün zəif il olacaq like
  • 09 Yan 16:55  
İqtisadiyyat "Goldman Sachs": 2018-ci il dollar üçün zəif il olacaq

FED-in ardınca bir çox mərkəzi bankın da faizləri artıracağı gözlənil

arrow Ətraflı
Rəhbər vəzifədə işləmək istəyənlər - İmtahanın vaxtı bilindi like
  • 09 Yan 16:51  
Digərləri Rəhbər vəzifədə işləmək istəyənlər - İmtahanın vaxtı bilindi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 yanvar 2018-ci il tarixdə d

arrow Ətraflı
"Başakşehir" Arda ilə razılığa gəldi like
  • 09 Yan 16:51  
İdman "Başakşehir" Arda ilə razılığa gəldi

"Barcelona"nın futbolçusu Arda Turan "Başakşehir"ə keç

arrow Ətraflı
Təbii fəlakətlər ötən il ABŞ-a ölkə tarixində ən böyük ziyanı vurub like
  • 09 Yan 16:50  
Dünya Təbii fəlakətlər ötən il ABŞ-a ölkə tarixində ən böyük ziyanı vurub

2017-ci ildə qasırğaların vurduğu zərər 265 milyard dollar təşkil edib

arrow Ətraflı