Oğru qadın yenidən ev yardı 9 minlik zərər VİDEO FOTO


Digərləri 09 Yan 2018 16:48:00 273 0

Oğru qadın yenidən ev yardı  9 minlik zərər  VİDEO  FOTO

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, bu barədə ev sahibi Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat verib.

Şikayətçi evdə olmadığı müddətdə naməlum şəraitdə onun mənzilindən 5320 manatının və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Hüseynova Nigar Eldar qızı tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Onun evində aparılan axtarış-götürmə tədbiri zamanı zərərçəkənin evindən oğurladığı 2 ədəd qızıl üzük aşkar edilərək istintaq materiallarına əlavə edilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərə aid fotolar