Braziliyanın Azərbaycandakı səfirliyinin işçisinin evindən oğurluq olub


Sosial 09 Yan 2018 16:34:35 299 0

Braziliyanın Azərbaycandakı səfirliyinin işçisinin evindən oğurluq olub

Polis faktla bağlı araşdırma aparır

Braziliyanın Azərbaycandakı səfirliyinin qadın əməkdaşının evindən oğurluq olub.

“Report”un məlumatına görə, səfirliyin baş müsahibi K.M.-nın Səbail rayonu, Badamdar qəsəbəsindəki evindən televizor, noutbuk və planşet oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.