AZALda təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!


Digərləri 09 Yan 2018 16:27:00 370 0

AZALda təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2018-ci il yanvarın 10-dan fevralın 10-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, Azərbaycan, rus və ingilis dillərində sərbəst danışan xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);