Mahir Mədətov: "Bundesliqa klublarından təklif almışam"


İdman 09 Yan 2018 16:14:00 324 0

Mahir Mədətov: "Bundesliqa klublarından təklif almışam"

“Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq”.

Goal.az xəbər veirr ki, bu sözləri Publika.az-a “Qarabağ” klubunun gənc hücumçusu Mahir Mədətov deyib. O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. 

Millimizin üzvü “Beşiktaş”a transfer olunacağı ilə bağlı xəbərlərə toxunaraq bunun uydurma olduğunu vurğulayıb:

“Beşiktaş”a transfer olunmağım barədə heç özümün də xəbərim yoxdur. Sadəcə bunu düşünürəm ki, ola bilsin “Qarabağ”a bu barədə müraciət ediblər. Ancaq şəxsən mənə müraciət olunmayıb. Çox vaxt belə uydurma xəbərlər yayılır və mən buna çox üzülürəm. Məndən öncə isə məşqçim üzülür. Onun da belə yersiz iddialardan xoşu gəlmir. Belə yanlış xəbərlərlə xal qazanmaq doğru deyil”.