Ər keçmiş arvadını efirdə biabır etdi: "Qardaşım onu xəyanət edərkən tutdu" VİDEO


Digərləri 09 Yan 2018 15:55:00 294 0

Ər keçmiş arvadını efirdə biabır etdi: "Qardaşım onu xəyanət edərkən tutdu"  VİDEO

Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində inanılmaz anlar yaşanıb. 15 yaşı tamam olmamış qızla evlənən Tovuz sakini qeyri-rəsmi nikahda yaşadığı arvadını əvvəl axtardı, sonra biabr etdi... 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, qız 15 yaşı tamam olmamış Elvinə qoşulub qaçıb. Toy da olub. Bu münasibətlərdən 2 övladı da dünyaya gəlib. 19 yaşlı qızın hazırda 4 yaşlı və 2 yaşlı iki övladı var. 

Elvinin sözlərinə görə, o, tez-tez evdən qaçırmış. Sonuncu dəfə ər arvadını kafedə işləyən yerdə görüb. Verilişə müraciət etməkdə məqsədi xanımın apardığı qız övladını geri almaqdı... Daha sonra  hüquqşünans Tahir Əlirzayevin də qatıldığı bu məsələdə maraqlı məqamlar diqqəti cəlb edib. Dəfələrlə ekspertlərin, hüquqşünasların "qeyri-rəsmi nikahda yaşamağın sonu faciədir" cümlələri bu gün bir daha öz təsdiqini tapdı...

Xatırladaq ki, bəzi KİV-i bu nikahla bağlı Elvinlə əlaqə saxlamaqlarına baxmayaraq cəhdləri boşa çıxmışdı. İllər sonra baş verən bu olay Elvinin KİV-ə müracət etməsinə gətirib çıxartdı.