BakıƏnzəli dəniz reysinin istifadəyə veriləcəyi TARİX açıqlandı


Digərləri 09 Yan 2018 15:40:00 313 0

BakıƏnzəli dəniz reysinin istifadəyə veriləcəyi TARİX açıqlandı

Bakı-Ənzəli dəniz reysinin mart ayında istifadəyə veriləcəyi gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ISNA agentliyinə İranın Gilan əyalətinin Dənizçilik İdarəsinin müdiri Hüseyn Çıraği bildirib.

O qeyd edib ki, Bakı-Ənzəli dəniz reysi hicri-şəmsi təqvimi ilə yeni ilin əvvəllərində (İranda yeni il martın 21-dən başlayır) açılacaq.

H.Çıraği deyib ki, bu istiqamətdə özəl sektorla, həmçinin Gilan əyalətinin rəhbəri ilə görüşlər keçirilib, müzakirələr aparılıb.