Pato: "Milan"da hələ də dostlarım var"


İdman 09 Yan 2018 15:34:00 259 0

Pato: "Milan"da hələ də dostlarım var"

"Milan"ın sabiq futbolçusu Aleşandre Pato karyerasını "Tianjin Quanjan" klubunda davam etdirir. Goal.az xəbər verir ki, braziliyalı forvard heyətində 150 oyun keçirdiyi "rossoneri"yə qarşı xoş hisslərini dilə gətirib.

"Milan mənim evimdir. O, Braziliyadan kənarda ilk klubum olub. Klub mənə dünyada tanınmaq imkanı verdi. Avropada oynamaq, titullar qazanmaq və böyük futbolçularla eyni komandada çıxış etmək fürsəti əldə etdim. "Milan"da hələ də dostlarım var. Onların uğuruna sevinirəm. Berluskoni və Adriano Qalliani ilə münasibət saxlayırıq. "Milan"ın yaxşı komanda kimi qalacağına inanıram. Qayıtmaq? Hazırda Çində oynayıram. Orda özümü xoşbəxt hiss edirəm. Amma gələcəkdə nə olacağını kim deyə bilər? "Milan" və ya Avropanın digər klublarından təklif alsam, onları nəzərdən keçirərəm".