Dünyanın ən gözəl,


Digərləri 09 Yan 2018 15:09:00 418 0

Dünyanın ən gözəl,

Məni model sayırlar, lakin belə deyil. Döüüşçüyəm və nəslimizin ənənələrini davam etdirirəm.

Çinin Şanxay şəhərində yaşayan Ye Yonsyan belə deyir.

Son.az AsiaOne-a istinadən bildirir ki, 31 yaşlı Yen taysziysyuan döyüş sənətinin "yan" stili ilə məşğul olur.

157 sm-lik boyu olan Yen zərif, incə xanımdır. Bununla belə o, dünya səviyyəli kunq-fu və tay-çi döyüşçüsüdür. O, hər gün qılınclarla, bıçaqlarla, xəncərlərlə, nizələrlə məşq edir.

Yen dünyanın ən sürətli kunq-fu və taysziysyuan qadın döyüşçüsü sayılır.

Əslən Taylanddan olan və Şanxayda yaşayan Yen indi Çinlə bahəm, Cənub-Şərqi Asiya ölkələrində sosial şəbəkələrin ulduzuna çevrilib.

O, model kimi reklam fotosessiyalarına da çəkilir.

"Taysziysyuanı gənclər arasında daha da populyar etmək istəyirəm", - deyən Yenin anası da döyüş sənətlərinin bilicisi olub.