“Neftçi”nin rəqibi dəyişdi


İdman 09 Yan 2018 14:54:00 345 0

“Neftçi”nin rəqibi dəyişdi

“Neftçi” 2017-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək. Komandamız “Keşlə” klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

Goal.az xəbər verir ki, yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində rəqib dəyişib. “Neftçi” yanvarın 25-i Odessa “Çernomorets”i ilə deyil, Sofiya “Slaviya”sı ilə üz-üzə gələcək.

Xatırladaq ki, komandamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.