““Lotu Quli”nin adamı olduğum üçün həbs edildim”


Kriminal 09 Yan 2018 14:46:00 267 0

““Lotu Quli”nin adamı olduğum üçün həbs edildim”

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilən 27 yaşlı Valeh Musayevin məhkəməsi başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə ifadə verən V.Musayev qanunsuz olaraq həbs edildiyini deyib: "Mən "Dərnəgül" bazarında fəhləliklə məşğul idim. Amma əvvəllər "Lotu Quli"nin tərəfdarı idim və onun "kruqu"nda olmuşam.

Badamdarda "Bulaq" restoranındakı atışmadan sonra 90 nəfər həbs edildi, onların da 70-nə narkotik ittihamı verildi. Mən də onlardan biri oldum. Mənim narkotiklə işim olmayıb, "Lotu Quli"nin adamı olduğum üçün həbs edildim".

V.Musayev əlavə edib ki, bundan öncə narkotik vasitəslərin qanunsuz satışı və soyğunçuluğa görə iki dəfə məhkumluq həyatı yaşayıb.