Unikal kadrlar:


Digərləri 09 Yan 2018 14:28:00 295 0

Unikal kadrlar:

Bu nəhəng balıqların şəfqətli, ağıllı olduqları bəllidir. Lakin onun davranışı məni heyrətləndirdi.

Tanınmış amerikalı bioloq, 63 yaşlı Nan Huzerin dediyinə görə, nəhəng donqar balina onu ac köpəkbalığının hücumundan qoruyub, həyatını xilas edib.

Son.az The Mirror-a istinadən bildirir ki, Sakit Okeanın cənubunda, Kuk arxipelaqındakı Rarotonq adasında, Muri çimərliyinin yaxınlığında sualtı çəkiliş apararkən Nan Huzer ona doğrü sürətlə yaxınlaşan böyük, ağ köpəkbalığını görüb.

Ağ köpəkbalıqları həddən ziyadə aqressivdirlər və "qatil balıq"lar kimi tanınırlar.

Köpəkbalığını görən Nan Huzer qorxub, anlayıb ki, bu yırtıcıdan qurtulmaq şansı yoxdur.

Lakin bu an onunla köpəkbalığının arasında nəhəng donqar balina "peyda" olub.

"Ağırlığı 23 tona yaxın olan balina okeanın dərinliklərindən qalxmışdı. Onun yaxınlaşdığını görmədim. Balina mənimlə köpəkbalığının arasında idi. Onun nəhəng üzgəcinə yaxınlaşdım. Balina mənə baxdı. Baxışları ilə, sanki, "Qorxma, səninləyəm" dedi. İnanın ki, rahatlaşdım. Balinanın üzgəcindən tutdum. Köpəkbalığı aralıda idi və hücuma cəsarət etmədi. Balinadan qorxmuşdu. Beləcə, donqar balina həyatımı xilas etdi", - Nan Huzer deyib.


Xəbərə aid fotolar