Masallıda tapılan qartal klinikaya təhvil verildi


Digərləri 09 Yan 2018 13:50:00 265 0

Masallıda tapılan qartal klinikaya təhvil verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu il yanvarın 8-də Masallı rayonunun Xırmandalı kəndində tapılan qartalı  Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriblər.

Bu barədə Son.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ.İbrahimova deyib ki, rayon sakini Anar Qurbanova məxsus otlaq sahəsində yaralı halda qartal tapılması barədə yayılıb. Məlumat əsasında bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.