"Real"ın futbolçusu cərimə ödəməklə həbs cəzasından qurtuldu


İdman 09 Yan 2018 13:47:00 323 0

"Real"ın futbolçusu cərimə ödəməklə həbs cəzasından qurtuldu

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modric vergidən yayınma ilə bağlı açılan işi cərimə ödəməklə bağlamaq qərarına gəlib. Goal.az xəbər verir ki, xorvat havbek həbs cəzasından qaçmaq üçün təqribən 1 milyon avro ödəməyə razılaşıb. 2017-ci ilin noyabrında Modric ümumilikdə 870.7 min avro pulu vergi orqanlarına ödəməməkdə ittiham olunmuşdu. Modricin "çirkli pullar"ın yuyulması üçün istifadə olunan Men adasına investisiya qoyması gündəmə gəlmişdi.

Son illər İspaniyada ulduz futbolçuların vergidən yayınma halları geniş yayılmışdı. Bunların arasında Ronaldo, Messi, Di Maria və başqaları var. Messi 21 aylıq həbs cəzasına məhkum olunmuş və bu cəza 5 milyon avro cərimə ilə əvəzlənmişdi. Ronaldonun işi hələ bağlanmayıb. O, 14.7 milyon avro vergidən yayınmaqda ittiham olunur.