Ərdoğan: “ABŞ-ın himayəsi altında olan İsrail dövlət terroru ilə məşğuldur”


Dünya 09 Yan 2018 13:17:10 255 0

Ərdoğan: “ABŞ-ın himayəsi altında olan İsrail dövlət terroru ilə məşğuldur”

Türkiyə prezidenti: “Bölgədə törədilən dövlət terroru insan haqlarının pozulmasının pik nöqtəsidir”

“ABŞ-ın himayəsi altında olan İsrail ərköyünlük edir”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplatısında bildirib.

“Əsrlər boyu əcdadlarımız barış və əmin-amanılığı pozmamaq şərti ilə Qüdsdə heç kimin ibadətinə qarışmayıblar. Biz belə əcadadların nəvələriyik. Bölgədəki bütün qarışıqlıqlar həmin ərazilər Osmanlının əlindən çıxdıqdan sonra başlayıb. Həmin gündən bəri Qüdsdə nə əmin-amanlıq var var, nə də sülh. Bölgədə törədilən dövlət terroru insan haqlarının pozulmasının pik nöqtəsidir”, deyə Türkiyə prezidenti vurğulayıb. 

R.T.Ərdoğan deyib ki, tez bir zamanda bölgədə ədalətlin bərpa olunacağına və sülhün yaranacağına ümid edirlər.

Türkiyə prezidenti ABŞ-ın Suriyada həyata keçirdiyi siyasəti və danışıqlarla bağlı təkliflərini də tənqid edib. O bildirib ki, Vaşinqton Suriyadakı terrorçulara silah-sursat verir: “Suriyadakı terrorçulara 4 min TIR dolu silah-sursat verilirsə, biz kiminlə danışacağıq? Bizim bölgə ilə bağlı təkliflərimiz havada qalıb, göstərdiyimiz ərazilərdən ən kiçik addım belə geri çəkilməyiblər. Bu məsələdə biz səmimiyyət və dürüstlük axtarırıq”.