Lənkəranda yeni doğulan əkizlər öldü


Digərləri 09 Yan 2018 13:14:30 243 0

Lənkəranda yeni doğulan əkizlər öldü

Lənkəranda yeni dünyaya gələn körpələr ölüb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilən Masallı rayon sakini Məmmədova Alidə Tofiq qızı vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib.

Əkiz körpələr doğuşdan bir qədər sonra ölüb. 

Baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb. 

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda  yüksək təzyiqi olub: "Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar  həm yarımçıq olduğundan,  həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar".


Xəbərə aid fotolar