KİV: Suriya İsrail qırıcısını vurub - YENİLƏNİB


Dünya 09 Yan 2018 12:36:00 256 0

KİV: Suriya İsrail qırıcısını vurub - YENİLƏNİB

İsrail ordusunun döyüş təyyarələri paytaxt Dəməşq yaxınlığında yerləşən Kalamun bölgəsindəki silah-sursat anbarına havadan zərbələr endirib

Suriyada BMT-nin tanıdığı Bəşşar Əsəd hökuməti isə İsrailə məxsus qırıcı təyyarəni vurduqlarını bəyan edib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, B.Əsədə bağlı Silahlı Qüvvələrin yaydığı məlumatda İsrailin döyüş təyyarələrinin Suriyada silah anbarını bombaladığı təsdiqlənib.

Məlumata görə, Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları hərbi bazaya zərbələr endirəsn İsrail qırıcılarından birini vurub. 

*** 12:05

İsrail qırıcıları Suriya ərazisini bombalayıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, İsrail ordusunun döyüş təyyarələri paytaxt Dəməşq yaxınlığında yerləşən Kalamun bölgəsindəki silah-sursat anbarına havadan zərbələr endirib. 

Məlumata görə, həmin anbar Bəşşar Əsədə bağlı silahlı qüvvələrə məxsusdur.  

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.