Ronaldu bu evdə yaşayır FOTO


Digərləri 09 Yan 2018 12:25:00 291 0

Ronaldu bu evdə yaşayır  FOTO

Mini-futbol meydançası, hovuzlar, trenajor və fitnes zalları, lüks dizayn, çoxsaylı Budda büstləri və heykəlcikləri...

Portuqaliya yığmasının və İspaniyanın "Real" (Madrid) klubunun forvardı Kriştianu Ronaldunun evi belədir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 32 yaşlı futbol ulduzunun evi Madridin məşhur Posuelo de Alarkon səmtindədir.

Villalar və malikanələrin olduğu bu səmtdə zənginlər yaşayırlar.

Ronaldunun "La Finca" adlı evinin sahəsi 2621 kvadrat metr, dəyəri isə 6,2 milyon dollardır.