“Əməliyyat olunmamışam” Tanınmaz hala düşən Aşıq Əli danışdı VİDEO FOTO


Şou-biznes 09 Yan 2018 12:29:00 654 0

“Əməliyyat olunmamışam”  Tanınmaz hala düşən Aşıq Əli danışdı  VİDEO  FOTO

Fotoşop deyil, 35 kiloqram arıqlamışam. 150-dən çox idim, 140-a düşüb. Səhhətimdə problem yox idi, amma gələcəkdə problem yarana bilərdi.

Son.az bildirir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu ARB TV-ni "Günə Son" proqramında arıqladıqdan sonra paylaşdığı şəkillə bağlı açıqlama verərkən deyib. Aşıq bildirib ki, arıqlamaq üçün heç bir əməliyyat keçirtməyib. "Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən onu xoşlayan bir insan deyiləm. Həkimlər mənə təmənnasız etmək istəyiblər. Ancaq ehtiyac yoxdur. Sadəcə yaxşı ətraf oldu və yeməkləri azaltdım". Aşıq Əli "İnstagram"da yazılan şərhlərə baxmağa vaxtının olmadığını, dostu Aşıq Vüqarın vəziyyəti ağır olduğu üçün onun yanında olduğunu bildirib.


Xəbərə aid fotolar