İsrail qırıcıları Suriya ərazisini bombalayıb


Dünya 09 Yan 2018 12:05:38 229 0

İsrail qırıcıları Suriya ərazisini bombalayıb

İsrail ordusunun döyüş təyyarələri paytaxt Dəməşq yaxınlığında yerləşən Kalamun bölgəsindəki silah-sursat anbarına havada zərbələr endirib

İsrail qırıcıları Suriya ərazisini bombalayıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, İsrail ordusunun döyüş təyyarələri paytaxt Dəməşq yaxınlığında yerləşən Kalamun bölgəsindəki silah-sursat anbarına havada zərbələr endirib. 

Məlumata görə, həmin anbar Bəşşar Əsədə bağlı silahlı qüvvələrə məxsusdur.  

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.