"Qarabağ" Türkiyəyə yola düşdü


İdman 09 Yan 2018 11:56:00 218 0

"Qarabağ" Türkiyəyə yola düşdü

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv toplanış dönəmində 6 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk matçını yanvarın 17-də Rusiya "Kuban"ına qarşı keçirəcək “Qarabağ” bundan 3 gün sonra Polşanın "Lexiya" komandası ilə üz-üzə gələcək.

"Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb. Goal.az xəbər verir ki, Antalya bölgəsində hazırlıq keçəcək Azərbaycan təmsilçi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə çıxıb.

Yanvarın 25-də isə iki oyun planlaşdırılıb. Son çempion öncə Makedoniyanın "Şkupi", ardınca Ukraynanın "Mariupol" klubu ilə qarşılaşacaq. Ayın 29-da Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo" ilə qüvvəsini sınayacaq ağdamlılar son oyunlarını fevralın 3-də Monteneqronun "Mladost" komandasına qarşı keçirəcəklər. “Qarabağ” fasiləyə “qış çempionu” kimi yollanıb. Ağdam klubu Premyer Liqanın geridə qalan 14 turundan sonra 37 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qəbələ”ni 6 xal qabaqlayır.