Cəlilabadda orta əsrlərə aid maddi mədəniyyət nümunələri tapılıb


Sosial 09 Yan 2018 11:30:00 287 0

Cəlilabadda orta əsrlərə aid maddi mədəniyyət nümunələri tapılıb

Tarixçilərin sözlərinə görə, mövcud tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxarda bilər

Cəlilabad rayonu ərazisində orta əsrlərə aid olduğu güman edilən maddi mədəniyyət nümünələri aşkarlanıb.  

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xanəgah kənd sakini İlham Paşayevə məxsus evin həyətdə tapılan nümünələr təsadüf nəticəsində üzə çıxıb.

Belə ki, güclü yağıntılar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub aparıb. Bu zaman qimən görünən insan sümkləri ev sahibnin diqqətini cəlb edib. Həmin yeri qazdıqda isə ərazidə insan sümüklərinin qalıqları eləcə də məişət əşyaları aşkarlanıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, arxeoloji nümünələr orta əsrlərlərə qədər qorunmuş Zərdüştlük dini inancının nadir tapıntılarındandır. Burada dəfn olunmuş şəxslər də məhz bu dinin qanunları çərçivəsində dəfn olunub.

Kəllə sümklərinin forma və ölçülərinindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları məlum olub. Məzarların yanında tapılan məişət əşyaları arasında böyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın yüksək inkişaf etməsini deməyə əsas verir.

Tarixçi Rza Razayevin sözlərinə görə, mövcud tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxarda bilər.