Qazaxıstan millisinin baş məşqçisi istefa verdi


İdman 09 Yan 2018 11:22:00 254 0

Qazaxıstan millisinin baş məşqçisi istefa verdi

Qazaxıstan millisinin baş məşqçisi Aleksandr Borodyuk istefa verib. Goal.az xəbər verir ki, rusiyalı mütəxəsis komandanın 2017-ci ildə çıxışı ilə bağlı hesabat verəndən sonra postunu tərk edib. Borodyuk millinin qeyri-qənaətbəxş nəticələr göstərməsinin səbəbləri haqqında məruzə edib. O, sıx təqvimə görə komandanın hazırlıq müddətinin az olmasına diqqəti çəkib və uğursuz çıxışa görə məsuliyyəti öz üzərinə götürüb.

Borodyuk Qazaxıstan millisinə 2017-ci ildən rəhbərlik edirdi. Onun komandası keçirdiyi 7 oyundan 6-da məğlub olmuş, 1 dəfə heç-heçə oynamışdı.