Prezident Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib


Siyasət 09 Yan 2018 10:36:11 318 0

Prezident Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

"Report"un xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev terminalın açılışını edib.