ABŞın energetika üzrə xüsusi elçisi Azərbaycana gələcək


Siyasət 09 Yan 2018 10:36:00 275 0

ABŞın energetika üzrə xüsusi elçisi Azərbaycana gələcək

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio fevral ayında Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Xüsusi elçi Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək.

Bundan əvvəl Azərbaycan Energetika Nazirliyindən Trend-ə bildirilmişdi ki, iclasın dəqiq tarixi yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikincisi 2016-cı il fevralın 29-da, üçüncü iclası isə ötən il fevralın 23-də keçirilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində