"France Football" ilin ən yaxşı məşqçisini açıqladı


İdman 09 Yan 2018 10:08:00 266 0

"France Football" ilin ən yaxşı məşqçisini açıqladı

Madridin "Real" klubunun (İspaniya) baş məşqçisi Zinəddin Zidan nüfuzlu "France Football" nəşri tərəfindən 2017-ci ilin ən yaxşı fransalı məşqçisi seçilib.

Goal.az xəbər verir ki, bu barədə jurnalın rəsmi saytı məlumat yayıb. 45 yaşlı Əlcəzair əsilli mütəxəssis bu mükafata ardıcıl ikinci il layiq görülüb.

"Real Madrid" ötən il Zidanın rəhbərliyi altında Çempionlar Liqası, İspaniya çempionatı və Superkuboku, UEFA Superkuboku və dünya klub çempionatının qalibi olub. Zidan Madrid klubunun baş məşqçisi postuna 2016-cı ilin yanvarında gətirilib.