Britaniyanın təhsil naziri istefa verib


Dünya 09 Yan 2018 08:53:00 214 0

Britaniyanın təhsil naziri istefa verib

Baş nazir Tereza Mey bundan təəssüfləndiyini bildirib

Böyük Britaniyanın təhsil naziri Castin Qrininq istefa verib və yerli hökuməti tərk etmək qərarına gəlib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Baş nazir Tereza Mey bundan təəssüfləndiyini bildirsə də, Qrininqin qərarına hörmətlə yanaşdığını söyləyib. Yeni təhsil naziri Damian Hinds təyin olunub.