8Klı OLED ekran təqdim olundu


Digərləri 09 Yan 2018 08:35:00 285 0

8Klı OLED ekran təqdim olundu

"LG" şirkəti Las-Veqasda keçiriləcək ənənəvi "CES" illik sərgisində 8K təsvir ölçüsü və OLED displeyə malik dünyada ilk 88 düymlük televizor təqdim etməyə hazırlaşır.

Son.az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, OLED texnologiyası işıqlandırma ilə təchiz edilmiş maye kristal panellərlə müqayisədə aşağı enerji sərfiyyatı zamanı parlaqlığı azaltmadan ultrayüksək təsvir ölçüsünə (7680 x 4320) malik görüntü təmin edir. OLED panellərdə işıqlandırma texnologiyasına ehtiyac olmadığından çox nazik hazırlana bilərlər. Yeni televizorun ekranı 33 milyon pikseldən ibarətdir.