Sony 3 yeni smartfon təqdim edəcək


Digərləri 09 Yan 2018 08:25:00 232 0

Sony 3 yeni smartfon təqdim edəcək

Yaponiyanın "Sony" şirkəti artıq gələn həftə keçiriləcək "CES 2018" sərgisində "Android Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyən "Xperia" istehsal xəttinə məxsus üç smartfon təqdim edəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, Yaponiyanın texnologiya nəhəngi hər ilin yanvarında ABŞ-da keçirilən texnologiya sərgisində üç aparat - "Xperia XA2", "XA2 Ultra" və "Xperia L2" təqdim edəcək. "XA2" smartfonu 1080 piksel təsvir ölçüsünə malik 5,2 düymlük displey və "Snapdragon 630" çipi ilə təchiz ediləcək. "XA2 Ultra" smartfonu 4K təsvir ölçüsündə çəkiliş edə bilən 15 meqapiksellik sensorlu ikiqat ön kameraya malik olacaq. Hər iki telefon 21 meqapiksellik əsas kamera ilə təchiz ediləcək.

"Sony Xperia L2" qurğusu isə 720 piksel təsvir ölçülü 5,2 düymlük ekrana malik olacaq. Hər üç aparatın "Android Oreo" mobil əməliyyat sisteminin idarəetməsi altında işləməsi güman edilir. Xatırladaq ki, "CES 2018" sərgisi ABŞ-ın Las-Veqas şəhərində 9-12 yanvar tarixlərində keçiriləcək.