Sahibini izləyən çamadan təqdim edilib VİDEO


Digərləri 09 Yan 2018 08:05:00 249 0

Sahibini izləyən çamadan təqdim edilib  VİDEO

Çinin "90Fun" şirkəti "Puppy 1" çamadanını təqdim edib. İnformasiya agentliklərinin məlumatına görə, sözügedən çamadan sahibini avtomatik izləyir ki, bu da uzun müddətli səyahətlər vaxtı çox kömək edir.

Son.az ICTnews-a istinadən bildirir ki, qurğu iki təkər və avtomatik balanslaşdırma üçün sensorlar dəsti ilə təchiz edilib. Sahibini tanıyan çamadan israrla onu vağzal və ya aeroportda izləyir, yaxud dayanaraq növbəti komandanı gözləyir. Avtomatlaşdırma imkanına baxmayaraq, çamadanda daşımaq üçün qulp saxlanılıb.

Məlumata görə, robot məsafədən idarə oluna bilər. Çamadan gələn həftə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək "CES 2018" sərgisində təqdim ediləcək. 50 sm-lik çamadan bu il satışa çıxarılacaq, amma onun qiyməti dəqiq bilinmir.