Bakıda orta yaşlı kişi bıçaqlanıb


Digərləri 09 Yan 2018 08:08:00 219 0

Bakıda orta yaşlı kişi bıçaqlanıb

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki,1986-ci il təvəllüdlü Musayev Fuad Nizami oğlu Mircəlal küçəsi 109 ünvanında yerləşən binanın həyətyanı sahəsində tanışı ilə mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.