Madaqaskarda "Ava" qasırğası nəticəsində onlarla insan ölüb


Dünya 09 Yan 2018 04:49:27 303 0

Madaqaskarda "Ava" qasırğası nəticəsində onlarla insan ölüb

3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb

5–7 yanvar tarixlərində Madaqaskarda cərəyan edən "Ava" tropik siklonu nəticəsində ən azı 29 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.

Həmin tarixlərdə küləyin sürəti 140–190 km/saata çatıb. Adanın şərq sahilində 13 min insan təxliyyə edilib. Təqribən 16 min məktəbli yanvarın 11-dək daşqın və sürüşmə təhlükəsi səbəbindən dərslərdən azad edilib.