ABŞ polisi ötən il 987 nəfəri güllələyib


Dünya 09 Yan 2018 03:55:44 309 0

ABŞ polisi ötən il 987 nəfəri güllələyib

2016-cı ildə bu göstərici 963 nəfər olub

Amerika polisi 2017-ci ildə xidməti öhdəliklərini yerinə yetirən zaman 987 nəfəri gülləyib ki, bu da ötən ilin analoji dövr göstəricisindən bir qədər çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "The Washington Post" qəzeti məhkəmə sənədləri və polis hesabatları üzrə aparılan təhlillərə əsaslanaraq məlumat yayıb.

ABŞ-da bu tipli statistikalar rəsmi səivyyədə açıqlanmır.

"2017-ci il ərzində polislər 987 nəfəri gülləyiblər. Bununla belə 2016-cı ildə bu göstərici 963, 2015-ci ildə isə 995 olub", - deyə məqalədə qeyd olunur.