Avropa İttifaqı hərbi xərclərə 100 mlrd. avro qənaət etmək niyyətindədir


Dünya 09 Yan 2018 02:58:52 262 0

Avropa İttifaqı hərbi xərclərə 100 mlrd. avro qənaət etmək niyyətindədir

Hazırda Aİ-nin müdafiə sahəsində vəsaitlərin səmərəsiz xərclənmə miqyası çox böyükdür

Avropa İttifaqı (Aİ) öz hərbi xərclərini optimallaşdıraraq 25 milyard dollardan 100 mlrd. dollara qədər vəsaitə qnaət etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker deyib.

"Biz ümid edirk ki, [hərbi] imkanların, tədarük və hazırlıq sistemlərinin səmərəli birləşdirilməsini təmin etməklə, biz ildə 25 milyard avrodan 100 mlrd. avroya qədər vəsaitə qənaət edə bilərik", - deyə TASS Yunkerin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqında "müdafiə sahəsində vəsaitlərin səmərəsiz xərclənmə miqyası çox böyükdür".